İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə” mövzusunda iki günlük peşəkar təlim proqramı keçirilib.
Təlim ADPU-nun filialları, fakültələri, kolleci və digər müvafiq strukturlarının ictimaiyyətlə əlaqələr və marketinq siyasətinə məsul şəxsləri üçün nəzərdə tutulmuşdu.
KİV və sosial media üçün xəbərlərin, məlumatların hazırlanması, press-relizlərin tərtibi qaydaları, diqqət edilməsi lazım olan məqamlar, tələb olunan əsas səriştələr, ifadə üsulları, sosial media resurslarından effektiv istifadə və s. öyrədilməsi üçün peşəkar təlimçilər Eltac Cəbiyev və Fəxrəddin Abdullayev, Bakı Dövlət Universitetinin dosenti, media eksperti Vəfa İsgəndərova, ADPU-nun mətbuat katibi, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov, eləcə də şöbənin redaktoru Taleh Mirzəyev, qrafik dizayneri Elvin Vahidov və SMM mütəxəssisi Asim İbrahimov iştirak ediblər.
Təlimin birinci günü ADPU-nun rektoru C.Cəfərov çıxış edərək iştirakçıları salamlayıb və təbrik edib.
ADPU-nun Şəki filialının İKT şöbəsinin operatoru Aytən Sərkərova da bu təlimdə məsul şəxs kimi iştirak edib.
Yekunda Aytən Sərkərovaya və digər iştirakçılara sertifikatlar təqdim olunub.





001002003
fondeduadpubir

VKkj