- Details
- Dərc edilib: 03 Noyabr 2023
- Oxunma sayı: 4903
Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ailə Sağlamlıq Mərkəzinin (ASM) təskilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə ASM-in əməkdaşları, ADPU-nun Şəki filialının professor-müəllim heyəti və işçiləri, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açıb, tədbirin keçirilməsinin məqsədi haqqında iştirakçılara məlumat verib. Sonra məruzələr dinlənilib. Tədbirdə ASM-in əməkdaşları: həkim-terapevt Hürü Alxasova “İcbari tibbi sığortadan necə yararlanmaq olar?” və “Arterial hipertenziya xəstəliyi, klinika və müalicəsi”, həkim-terapevt Tünzalə Rəsulova “Ailə həkimi kimdir, ailə həkimini necə seçmək olar?”, həkim-terapevt Lalə Məmmədli “Sağlam həyat tərzinə ciddi yanaşma. Mədə xərçəngi, klinika və müalicəsi”, mama-ginekoloq Məhəbbət Əliyeva “Erkən nikah, ailə planlaşdırılması, reproduktiv sağlamlıq” mövzularında geniş məruzə ediblər. Məruzələr dinlənildikdən sonra mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.