- Details
- Dərc edilib: 16 Noyabr 2023
- Oxunma sayı: 4027
Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında maarifləndirici tədbir keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində keçirilən tədbir İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, İİV/QİÇS barədə biliklərin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbligi məqsədi daşıyıb. Tədbirdə RQMM Şəki regional laboratoriyasının əməkdaşları, ADPU-nun Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Maarifləndirmə tədbirində təcrübəli həkimlər tərəfindən İİV/QİÇS virusu, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) yayılma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir başa çatdıqdan sonra iştirakçılara ödənişsiz və anonim qaydada İİV-ə qarşı ekspress-testdən keçmə imkanı yaradılıb və onlara öz statusları barədə məlumat verilib.