Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) tabeliyində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzinin (ASM) təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə ASM-in əməkdaşları, ADPU-nun Şəki filialının professor-müəllim heyəti və işçiləri, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açıb, tədbirin keçirilməsinin məqsədi haqqında məlumat verib. Tədbirdə Şəki Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Günay Mikayılova və mama-ginekoloqu Yeganə Mustafayeva “Genderlə bağlı sosial normaların aşılanması, gender əsaslı zorakılıq, erkən nikahın fəsadları, reproduktiv sağlamlıq, qadının ailədə və cəmiyyətdə rolu” mövzusunda ətraflı məlumat veriblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj