- Details
- Dərc edilib: 09 Oktyabr 2025
- Oxunma sayı: 426
Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə I tədris ili tələbələri ilə görüş təşkil edilib. Görüşdə Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi”, “Tarix müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Sosial iş”, “Məktəbəqədər təhsil” ixtisaslarının tələbələri, həmçinin filialın İdman Oyunları Birliyinin (İOB) üzvləri iştirak ediblər. Mərkəzin müdiri Xuraman Həmidova görüşün təşkilinin məqsədi, filialda keçirilən müsabiqələr, yarışlar, təlimlər haqqında ətraflı məlumat verib. Sonra filialın İdman Oyunları Birliyinin (İOB) sədri “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Ülvi Bədirbəyli birliyin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirilib ki, İOB-un tərkibində 5 idman növü üzrə klublar fəaliyyət göstərir. Görüşdə klub sədrlərindən “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi Röyal Qasımov “Tennis” idman növü və keçirilən yarışlarla bağlı tələbələri məlumatlandırıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.