- Details
- Dərc edilib: 08 Dekabr 2025
- Oxunma sayı: 427
ADPU-nun Şəki filialında tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə vaxtaşırı müxtəlif maarifləndirici və mədəni tədbirlər keçirilir. Belə tədbirlərdən biri dekabrın 6-da filialın “Tarix müəllimliyi” ixtisasının tələbələrinin respublikamızın gözəl şəhərlərindən olan Zaqatala və Qax şəhərlərinə təşkil olunan ekskursiyası olub.
Ekskursiyanın əsas məqsədi tələbələrin tarixi və mədəni irsimizlə daha yaxından tanış olmalarını təmin etmək, həmçinin onların müasir Azərbaycana aid tarixi və mədəniyyət abidələrinə marağını artırmaq olub. Tələbələr Zaqatalada Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın adlarını daşıyan parklarda olub, Qala düzündə tarixi abidələrlə tanış olublar. Daha sonra Qax şəhərinə səfər edən tələbələr Kümrük kilsəsini və Ulu dağını ziyarət edərək bölgənin tarixi və təbii gözəlliklərini yaxından görüblər.
Ekskursiya zamanı tələbələr filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmovun rəhbərliyi altında həm maarifləndirici məlumatlar alıb, həm də birgə fəaliyyət və sosial ünsiyyət bacarıqlarını inkişaf etdiriblər.
