Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında fəaliyyət göstərən İdman Oyunları Birliyinin (İOB) təşkilatçılığı ilə tələbə-gənclər arasında müxtəlif idman yarışları keçirilir. İOB tərəfindən filialın tələbələri ilə Şəkinin orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən idman yarışları da maraqla qarşılanır. Bu ənənənin davamı olaraq, İOB-un təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələrindən ibarət futbol komandası ilə filialımızın komandası arasında dostluq yarışı keçirilib. Fevralın 25-də Zaqatala rayonunun stadionunda komandaların ilk yarışı olub və görüş 4:4 hesabı ilə nəticələnib.
Yarışın ikinci mərhələsi isə Şəki şəhər stadionunda baş tutub və 4:3 hesabı ilə -ADPU-nun Şəki filialının tələbələrindən ibarət futbol komandasınin qələbəsi ilə başa çatıb.
Tələbələrimizi bu münasibətlə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.