- Details
- Dərc edilib: 06 Oktyabr 2025
- Oxunma sayı: 598
Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "Bilik və təfəkkürün memarları" adlı tədbir keçirilib. Tədbir filialın Karyera mərkəzinin dəstəyi, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın və təhsil işçilərinin xatirəsi sükutla yad edilib. Tədbirdə filialın direktoru dosent Vurğun Məmmədov çıxış edərək, kollektivi peşə bayramı münasibətilə təbrik edib, təhsil sahəsində müəllimlərin fədakarlığından və onların əməyinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Tədbirdə direktor müşaviri dosent Rafiq Rasulov, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev çıxış edərək müəllimlik peşəsinin çətin və şərəfli peşə olmasından bəhs ediblər. Sonra tədbir bədii proqramla davam edib. Tələbələrin təqdimatında çıxışlar, şeirlər və mahnılar səsləndirilib, videoçarxlar nümayiş olunub, müəllimlik peşəsinin dəyərini əks etdirən səhnəcik göstərilib. Tədbir tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayevanın yekun sözü ilə başa çatıb.