- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 6234
ABDULLAYEVA XALİDƏ FİRUDDİN QIZI
Fil.ü.f.d.Baş müəllim, Pedoqoji fakültənin dekanı
QISA BİOQRAFİK MƏLUMAT
Xalidə Firuddin qızı Abdullayeva 1975-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1982-1992-ci illərdə Şəki şəhər 10 saylı orta məktəbində təhsil almışdır.1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetində təhsil almış, Şərqşünaslıq (fars) fakültəsini bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun qiyabi doktoranturasına qəbul olunmuşdur. 2016-cı ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Cümlə üzvləri və mürəkkəb cümlə komponentləri sırasının nəzəri əsasları (XIII-XIV əsrlər Azərbaycan ədəbi dili materialları əsasında)” mövzusunda dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2000-ci ildə BDU-nun Şəki filialında laborant, 2003-cü ildə AMİ-nin Şəki filialında Dillər kafedrasında müəllim, 2008-ci ildən baş müəllim, AMİ-nin Şəki filialında pedaqoji fakültənin dekanı, 2015-ci ildən ADPU-nun Şəki filialında pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
Müasir Azərbaycan dili, Əski Azərbaycan yazısı, Azərbaycan dili
TƏHSİLİ
1997-ci ildə Lənkəran Dövlət Universitetinin Şərqşünaslıq (fars) fakültəsini bitirmişdir.
2007-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun qiyabi doktoranturasına qəbul olunmuşdur.
2016-cı ildə “Azərbaycan ədəbi dilində cümlə üzvləri və mürəkkəb cümlə komponentləri sırasının nəzəri əsasları (XIII-XIV əsrlər)” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
2000-ci ildə BDU-nun Şəki filialında laborant
2003-cü ildə AMİ-nin Şəki filialı “Dillər” kafedrasında müəllim
2008-ci ildə AMİ-nin Şəki filialı “Dillər” kafedrasında baş müəllim
2008-ci ildə AMİ-nin Şəki filialı (2015-ci ildən ADPU-nun Şəki filialı) Pedaqoji fakültənin dekanı
TƏDQİQAT SAHƏSİ
Dil nəzəriyyəsi
PEDAQOJİ FAKÜLTƏ
Pedaqoji fakültə 2008-ci ildə yaradılmışdır. Fakültədə bakalavriat pilləsində 6 ixtisas: "Riyaziyyat və informatika müəllimliyi", "Tarix və coğrafiya müəllimliyi", "İbtidai sinif müəllimliyi", "Məktəbəqədər təhsil" və "Təhsildə sosial-psixoloji xidmət","Sosial iş" ixtisasları üzrə 590 nəfər tələbə təhsil alır.
Pedaqoji fakültənin dekanlığında 10 nəfər əməkdaş çalışır. Bu fakültə filialın tədris, elm və inzibati bölməsi olub, müvafiq ixtisaslar üzrə bakalavr hazırlanmasına, eləcə də elmi-tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir, peşəyönümü işinin aparılmasını təşkil edir və onun lazımı səviyyədə həyata keçirilməsinə məsuliyyət daşıyır. Pedaqoji fakültənin tərkibində Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrası, Ümumelmi fənlər və Humanitar fənlər kafedrası fəaliyyət göstərir.
Dekan müavini:
Kərimova Mehriban Nurməmməd qızı
Tyutorlar:
Xəlilova Arzu Məmmədemin qızı
Abbaslı Sevinc Rasim qızı
Çələbiyeva Aytən İnqilab qızı
Bəşirova Mətanət Hikmət qızı
İlyasova Cəmilə Adəm qızı
Operatorlar:
İsrafilova Sevinc Elxan qızı
İsayeva Şəhla Emin qızı