- Details
- Dərc edilib: 17 Aprel 2024
- Oxunma sayı: 3077
2024-cü il aprel ayının 17-də ADPU-nun Şəki filialın “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri professor Firədun İbrahimov Şəki şəhər 7 saylı tam orta məktəbdə pedaqoji internaturada olan “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbələri ilə görüşüb. Tələbələri dinləyib, məsləhətlər verib.
Professor müəllimlik sənətinin özünəməxsusluğundan, onun arzuolunan səviyyədə reallaşdırılması üçün özünütəhsillə və elmi tədqiqatla davamlı məşğulluğun zəruriliyindən öz təcrübəsinə əsaslanmaqla səmimi fikirlərini internaturada əhatə olunan tələbələrlə bölüşüb.
Görüşdə tələbələri maraqlandıran, həyatda özünütəsdiq üçün real pedaqoji əmək fəaliyyətində diqqət mərkəzinə çəkilməli olan məsələlər barədə fikir mübadiləsi aparılıb. Tələbələr görüşlə bağlı məmnunluqlarını hissi-emosional notlarla ifadə edib, arzu və diləklərini səsləndiriblər.