- Details
- Dərc edilib: 05 Noyabr 2026
- Oxunma sayı: 26
Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Kitab karvanı Şəkidə” adlı kitab yarmarkası təşkil olunub. Yarmarkanın keçirilməsində əsas məqsəd filialda təhsil alan gənclərin asudə vaxtının səmərəli təşkilinə töhvə vermək, onlarda mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba və mütaliəyə marağı artırmaq, eləcə də dünya və Azərbaycan ədəbiyyatınıoxuculara təqdim etmək olub. Layihə rəhbəri Rafil Əşrəflinin iştirakı və filialın Karyera mərkəzinin dəstəyi ilə təşkil olunan yarmarka müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, səhər saatlarından fəaliyyətə başlayan yarmarkada 1700-ə yaxın kitab nümayiş etdirilib. Kitabsevərlərin marağına səbəb olan tədbir saat 16:00-dək davam edib.
