- Details
- Dərc edilib: 13 May 2025
- Oxunma sayı: 83
Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Turizm Könüllüləri” İctimai Birliyi tərəfindən maarifləndirici tədbir keçirilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər. Tədbirin məqsədi Bakıda və regionlarda turizm sahəsi üzrə təhsil alan və bu sahədə çalışmağa marağı olan gəncləri vahid platforma ətrafında toplamaq, gənclərin dayanıqlı şəkildə inkişaf edən turizm sahəsinə öz töhfələrini verməsinə şərait yaratmaq olub. Tədbiri giriş sözü ilə Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, tədbirin keçirilməsinin məqsədi haqqında məlumat verib. Sonra “Turizm Könüllüləri” İctimai Birliyinin direktoru Nurlana Paşayeva çıxış edərək, birliyin əsas məqsədinin ölkədə turizm sahəsi üzrə dayanıqlı şəkildə peşəkar mütəxəssislərin yetişdirilməsi, Bakı və regionlarda təlim görmüş və xüsusi ekspertlər tərəfindən yetişdirilmiş könüllülər vasitəsilə vətəndaşlar arasında turizm anlayışının, ümumilikdə turizm şüurluluğunun təbliğ olunmasına imkan yaradılması, turizm könüllülərindən ibarət vahid bazanın yaradılması, onların kateqoriyalar üzrə qruplaşdırılması və turizm sahəsi üzrə müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb olunmasını təmin etmək olduğunu vurğulayıb. Sonra Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin əməkdaşları Aydan Süleymanlı, Anar Zehirov öz təcrübələrini tələbələrlə bölüşüblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.