QISA BİOQRAFİK MƏLUMAT

Murad Qəhrəmanov 1992-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olub. 1999-2010-cu illərdə Şəki rayonu Baltalı kənd tam orta məktəbində orta təhsil, 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (indiki ADPU-nun Şəki filialında) “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə Lənkəran Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə Lənkəran rayonu Köhnə Gəgir kənd orta məktəbində “Coğrafiya müəllimi”, 2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində, 2018-ci ildən bugünədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasında 0.5 ştat “Coğrafiya müəllimi” vəzifəsində çalışır. Həmçinin 2018-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Bitkilərin biokimyası” şöbəsində böyük laborant vəzifəsində, 2021-ci ildən isə “Landşaftşünaslıq” şöbəsində elmi işçi vəzifəsində çalışır. Ailəlidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (indiki ADPU-nun Şəki filialında) “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr,
2014-2016-cı illərdə Lənkəran Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə magistr təhsili alıb.

ƏMƏK FƏALİYYƏTİ

2015-2016-cı illərdə Lənkəran rayonu Köhnə Gəgir kənd orta məktəbində coğrafiya müəllimi,
2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetində tyutor,
2018-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Bitkilərin biokimyası” şöbəsində böyük laborant,
2018-ci ildən bugünədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialinda “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasında 0.5 ştat müəllim,
2021-ci ildən bugünədək Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Landşaftşünaslıq” şöbəsində elmi işçi vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏSİ

İqtisadi coğrafiya

TƏDRİS ETDİYİ FƏNLƏR

Dünyanın iqtisadi və sosial coğrafiyası-1,2

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.Lənkəran – Astara iqtisadi rayonunun ekocoğrafi şəraitinin əhalinin məskunlaşmasına təsiri, (həmmüəllif: coğ.ü.f.d. S.Əzizov, E.Şabanov), “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye İli”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq elmi konfrans (Sumqayıt Dövlət Universiteti, “Azərkimya” istehsalat birliyi, AMEA-nın Polimer Materialları İnstitutu), Sumqayıt, Azərbaycan, 2014, səh. 216-220.
2.Gəncə-Qazax iqtisadi rayonunun demoqrafik xüsusiyyətləri, (həmmüəllif: C.Səlimov), “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü”nə həsr olunmuş Magistrantların XV Respublika elmi konfransı (Sumqayıt Dövlət Universiteti), Sumqayıt, Azərbaycan, May 2015, səh. 352-354.
3.Şəki-Zaqatala bölgəsinin torpaq növlərində kimyəvi tərkib müxtəlifliyinin ekocoğrafi amillərdən asılılığına dair, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli, A.Əliyeva), “Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” Beynəlxalq Elmi-praktiki konfrans. Göygöl, Azərbaycan, 22-24 dekabr 2021. səh. 268-273.
4.Şəki-Zaqatala bölgəsi ərazisində biomüxtəlifliyin reqressiv landşaft dinamikası və səhralaşma prosesləri ilə əlaqələri, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli) Azərbaycan Milli Elmlər Akademiyası “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans (“Şuşa ili”nə həsr olunur) Bakı-Şuşa, Azərbaycan, 22-24 sentyabr 2022, səh. 65.
5.Şəki-Zaqatala bölgəsinin landşaft qurşaqlarında intensivləşməkdə olan səhralaşmanın biogeokimyəvi üsullarla tədqiqinə dair, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli, A.Əliyeva), Azərbaycan Milli Elmlər Akademiyası “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans (“Şuşa ili”nə həsr olunur) Bakı-Şuşa, Azərbaycan, 22-24 sentyabr 2022, səh. 255.
6.Azərbaycanin Şəki-Zaqatala bölgəsinin torpaq növlərinin biogeokimyəvi xüsusiyyətləri, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli), “Elmdə sonsuz işıq” Beynəlxalq elmi-praktiki jurnal, 17 dekabr 2022, Almatı, Qazaxıstan. səh. 301–307.
7.Azərbaycanın Şəki-Zaqatala bölgəsinin landşaft qurşaqlarında biogeokimyəvi proseslərin səciyyəvi xüsusiyyətləri, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli), “Elmdə sonsuz işıq” Beynəlxalq elmi-praktiki jurnal, 20 yanvar 2023, Almatı, Qazaxıstan. səh. 506–515.
8.Azərbaycanda urbanizasiya problemi, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli), “Elmdə sonsuz işıq” Beynəlxalq elmi-praktiki jurnal, 20 fevral 2023, Almatı, Qazaxıstan. səh. 448–456.
9.Биогеохимическая характеристика типов почв Шеки-Закатальского района Азербайджана, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli), “Təbii ehtiyatlar potensialı və deqradasiyaya uğramış landşaftların ekoloji reabilitasiyası” adlı Beynəlxalq elmi-praktiki konfrans (A.A.Kadırov adına Çeçen Dövlət Universiteti), 17-18 mart 2023, Qroznı, Çeçenistan Respublikası, Rusiya. səh. 248–254.
10.Biogeomorfosenozlar və onlarin səciyyəvi biogeokimyəvi və landşaft - ekocoğrafi xüsusiyyətləri, (həmmüəllif: geo-min ü.f.d. H.Mustafabəyli), “Elmdə sonsuz işıq” Beynəlxalq elmi-praktiki jurnal, 20 mart 2023, Almatı, Qazaxıstan. səh. 274–281.

SERTİFİKATLAR

-2016-cı il iyul ayında Lənkəran Dövlət Universitetində təşkil olunmuş “Tyutor hazırlığı” təlimində iştirak etmiş və iştirak edənlər arasında yüksək nəticə göstərərək sertifikat əldə etmişdir.
-2019-cu il 12-15 mart tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində inklüziv təhsil üzrə təlimdə iştirak etmiş və sertifikat əldə etmişdir.
-2020-ci ildə ADPU-da "Distant təhsil və elektron tədris platformalarından, resurslardan İstifadə imkanları" üzrə 18 saatlıq təlimi (26.08.2020-06.09.2020) müvəffəqiyyətlə (35/50 bal) bitirdiyinə görə sertfikat verilib.