- Details
- Dərc edilib: 15 Dekabr 2025
- Oxunma sayı: 247
Dekabrın 13-də Bakı şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xəzər İntellektual Gənclər Klubu tərəfindən “Bilik Kuboku” adlı intellektual oyunun final mərhələsi keçirilib. Yarışda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət 36 komanda iştirak edib. Təşkil olunan layihənin əsas məqsədi gənclərin analitik düşüncə və məntiqi təfəkkür qabiliyyətlərini artırmaq, gənclər arasında sağlam intellektual rəqabət mühitinin formalaşmasına töhfə vermək olub. Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialını təmsil edən “Fəlsəfə cəbhəsi” komandası da iştirak edib və uğurla çıxış edib. Sonda komandaya iştirakçı sertifikatı təqdim olunub.













