Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2025–2026-cı tədris ilinin növbəti Elmi Şura iclası keçirilib. İclas filialın direktoru, Elmi Şuranın sədri dosent Vurğun Məmmədovun sədrliyi ilə baş tutub.
İclası açan dosent Vurğun Məmmədov Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib və bildirib ki, iclasın gündəliyinə dörd məsələ daxil edilib. Gündəlik səsə qoyularaq Şura üzvləri tərəfindən qəbul olunub.
Gündəlikdə yer alan ilk məsələ – filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti ilə bağlı Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov arayışla çıxış edib.
Daha sonra filialda tələbələrin təcrübələrinin təşkili və gedişi vəziyyəti haqqında tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və XIX tələbə elmi konfransına hazırlığın vəziyyəti barədə isə Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzulayevanın hesabatları dinlənilib.
Gündəlikdə nəzərdə tutulan cari məsələlər barədə elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev və Keyfiyyətin Təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva məlumat veriblər.
Müzakirələr zamanı Şura üzvləri dosent Rafiq Rəsulov, dosent Gülarə Abdullayeva, dosent Nuralı Çələbiyev, professor Firədun İbrahimov, baş müəllim İbrahim Abdulsəlimli və digərləri çıxış edərək müvafiq məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.





001002003
fondeduadpubir

VKkj