https://azertag.az/xeber/2070782

Martın 29-da ADPU-nun Şəki filalında AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) ilə birgə Elm Günü münasibətilə təşkil edilmiş elmi-praktik konfrans keçirilib.
Filialın professor-müəllim heyəti, tələbələri, SREM-in əməkdaşlarinın iştirak etdiyi konfransı giriş sözü ilə ADPU-nun Səki filialının direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq konfrans iştirakçılarını Elm Günü münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Son illər ölkəmizdə elmin inkişafına dövlətin göstərdiyi diqqət və qayğıdan bəhs edən dos. Rafiq Rasulov AMEA-nın sahə institutlarının, elmi mərkəzlərin bu sahədə uğurlu fəaliyyətindən, Azərbaycan alimlərinin qazandığı uğurlardan bəhs edib. Sonra SREM-in direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 mart tarixinin Elm Günü kimi qeyd olunması haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli 7/1№- li Qərarının mahiyyətindən bəhs edib, Elm Gününün təsis edilməsinin dövlət başçısının elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürü kimi qiymətləndirib.
Konfransda “İnsan beyninin möcüzələri və süni intellekt modelləri” (N.Z.Çələbiyev - ADPU-nun elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent ), “ŞREM əməkdaşlarının elm tutumlu nəticələri və dünya elminə inteqrasiyasında onların rolu” (E.V.Abdurahmanov - ŞREM-in elmi katibi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı), “İnformasiya bolluğu, onun sistemləşdirilməsi və elm haqqında qeyri-səlis düşüncələr” (G.A.Abdullayeva, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, fil.üzrə fəlsəfə doktoru, dosent), “Azərbaycan elminin inkişafında AMEA-nın ŞREM-nin rolu” (U.B.Mürşüdova, ADPU-nun Şəki filialının filologiya fakültəsinin dekanı, AMEA Şəki REM-nin aparıcı elmi işçisi, fil.üzrə fəlsəfə doktoru, dosent), “XVIII-XIX əsr Balakənli elm xadimləri” (A.A.Məmmədli, ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru), “Qlobal iqlim dəyişkənliyi və onun doğura biləcəyi ekoloji fəlakətlər” (S.T.Feyzullayeva, ADPU-nun Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi), “XIX-XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrinin inkişafında Zaqatala alimlərinin rolu” (Ə.O.Sultanov, ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru), “Azərbaycan dövlətinin gənclər siyasəti və gənc alimlərin elmin inkişafında rolu” (T.K.Adışirinov, ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri) mövzularında məruzələr dinlənilib. Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda elmi, elmi-pedaqoji və elmi-təşkilatı fəaliyyətində fərqlənən ŞREM-in və ADPU-nun Şəki filalının bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib.





001002003
fondeduadpubir

VKkj