https://www.facebook.com/ShekiSIH/posts/392436502918296

https://www.facebook.com/photo/?fbid=392436476251632&set=a.293561212805826

https://www.facebook.com/ShekiSIH/posts/392440969584516

https://www.facebook.com/ShekiSIH/posts/392441159584497

https://www.facebook.com/ShekiSIH/posts/392437456251534

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 29 il ötür. Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, həm də müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Bu baxımdan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarix, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
O zaman xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində görürdü. Bir lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi.
1993-cü ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən ulu öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı.





001002003
fondeduadpubir

VKkj