Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, tərcüməçi, tarixçi-filosof alim, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” toplusunun təqdimatı və müəlliflə görüş keçirilib. Görüşdə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, “Şəki” qəzetnin baş redaktoru Akif Salam, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın direktoru, r.e.d., dosent Rafiq Rasulov açaraq qonaqları salamlayıb və Cavanşir Feyziyevin “Türk dünyası” adlı toplusunun türk cəmiyyətinin bütün gerçəkliyini, türk dünyasının ayrılıq və birləşmə proseslərini, türkün tarixini və müasir dünyada mövqeyini əks etdirən qiymətli bir mənbə olduğunu vurğulayıb. Sonra filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov Cavanşir Feyziyevin həyat və fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. Natiq məruzəsində Cavanşir Feyziyevin bir ictimai xadim kimi, Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan, elmi fəaliyyətindən ətraflı bəhs edib və diqqətə çatdırıb ki, C.Feyziyevin türk dünyasının gerçəkliyini bütün detalları ilə göstərə bilən universal bir əsər kimi “Türk dünyası” toplusu hazırda bu istiqamətdə ən qiymətli mənbə hesab oluna bilər.
Tədbirdə filialının tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dos. Gülarə Abdullayeva Cavanşir Feyziyevin “Türk dünyası” toplusunun I cildi – “Türk sivilizasiyasının təməl dəyərləri”, filialın Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı toplunun II cildi - “Türk xalqları” kitabı, Şəki Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, t.ü.f.d. Zərinə Cavadova toplunun III cildi - “Türk dövlətçiliyi tarixi” kitabı, filialın Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d. Vüsal Baxışov toplunun IV cildi - “Türkşünaslıq” kitabı, filialın Humanitar fənlər kafedrasının baş müəllimi, şair Vaqif Aslan toplunun V cildi - “Türk dünyasının tarixi şəxsiyyətləri” kitabı haqqında məruzə ilə çıxış ediblər. Sonra müəllifə söz verilib. Cavanşir Feyziyev çıxış edərək təşkil olunan tədbir üçün filialın rəhbərliyinə dərin təşəkkürünü bildirib və “Türk dünyası” adlı toplunun hazırlamasının əsas səbəblərindən danışıb, əsərin dövrümüz üçün son dərəcə vacib olduğunu vurğulayıb.
Tədbirdə filialın tələbələrindən Sayad Süleymanova, Aytən İsmayılova çıxış edərək Cavanşir Feyziyevə təhsil haqqını ödəməkdə göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürlərini bildiriblər.
Tədbir dos. Rafiq Rasulovun yekun sözü ilə başa çatıb. Sonda xatirə şəkilləri çəkilib.





001002003
fondeduadpubir

VKkj