Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Beynəlxalq Ana Dili Günü münasibətilə maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, Şəki Şəhər İcra Hakimiyyəti yanında Gənclər və İdman İdarəsinin aparıcı mütəxəssisi Səbahət Bağırova və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva giriş sözü ilə çıxış edərək, Beynəlxalq Ana Dili Gününün qeyd olunma tarixi haqqında məlumat verib. Natiq çıxışında dilin varlığının millətin varlığının əsas sərti olduğunu bildirib, doğma dilimizin keçdiyi inkişaf yolu, Azərbaycan dilinə göstərilən dövlət qayğısı, həyata keçirilən dövlət proqramları haqqında iştirakçılara əhatəli məlumat verib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkisafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonra Ulu Öndərin Azərbaycan dili haqqında fikirlərini əks etdirən videoçarx numayiş etdirilib.
Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov çıxış edərək dilin cəmiyyətdə rolundan, ana dilini qorumaq və inkisaf etdirməyin vacibliyindən bəhs edib.
Tədbirdə filialın tələbələri Xədicə Şərifli, Şəfiqə Məmmədova, Aytəkin Həsənovanın müxtəlif mövzularda çıxışları və səsləndirdikləri şeirlər dinlənilib. Çıxışlarda Azərbaycan dilinin zənginliyi, şair və yazıçıların dilimizin inkisafında oynadıqları rol, Azərbaycan dilinin inkişafina göstərilən dövlət qayğısı diqqətə çatdırilıb.
Tədbirdə müxtəlif maarifləndirici videoçarxlar nümayiş etdirilib.
Tədbirin sonunda filialın tələbələrinin təqdimatında C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnələşdirilmiş bir parçaya baxış keçirilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin aparıcı mütəxəssisi Səbahət Bağırova öz fikirlərini iştirakcılarla bölüşüb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj