Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın struktur rəhbərləri, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri filialın tədris işləri üzrə direktor müavini fil.ü.f.d. dos. Gülarə Abdullayeva giriş sözü ilə açaraq, tədbirin məqsədi haqqında məlumat verib və Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu, onun dövlət dili statusu alması, müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin inkişafına yönəlmiş fərman və sərəncamlar, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında geniş məruzə ilə çıxış edib. Sonra filialın Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş müəllim Əsmayə Əkbərovanın “Azərbaycan dilindən dövlət idarəçiliyində düzgün istifadə”, Filologiya fakültəsinin tələbələri Əfsanə Bayramovanın “Ana dilimiz milli sərvətimizdir”, İlahə Şixəliyevanın “Azərbaycan dilinə dövlət qayğısı” mövzularında çıxışları dinlənilib. Tədbirdə filialın Filologiya fakültəsinin tələbələri Aygün Şahmuradova, Nabat Sədili, Günel Mahmodova, İlyas Səlimli, Arzu Rəşidovanın ifasında Azərbaycan dilinə həsr olunmuş şerlər, aforizmlər səsləndirilib, tələbələrin təqdimatında ana dilinə sevgi təbliğ edən səhnəcik nümayiş olunub. Tədbir dos. Gülarə Abdullayevanın yekun nitqi ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj