ADPU-nun Şəki filialının əməkdaşlarının elmi əsərləri respublikada nəşr olunan elmi jurnallarla yanaşı, dünyanın müxtəlif ölkələrinin: İtaliya, Fransa, ABŞ, Özbəkistan, Rusiya, Macarıstan, Polşa, Türkiyənin elmi məcmuələrində də dərc olunur. Bu günlərdə filialın elmi işlər üzrə direktor müavini, dosent,ADPU-nun elmlər doktoru proqramı üzrə (6107.01 - ümumi psixologiya) dissertantı Nuralı Çələbiyevin “Patriarxal və neopatriarxal ailə mühitində gender rollarına qarşı maneə və məhdudiyyətlər” adlı elmi məqaləsi Türkiyədə, Beynəlxalq “Scopus” və “EBSCO” indeksləşmə bazalarına daxil olan H-12 indeksli (kvartil-Q-1)“Pozitiv Psixologiya və Rifah” adlı jurnalda (2023-cü il,cild 7, N2, səh. 1395-1406) ingilis dilində nəşr olunub.
Əməkdaşımızı təbrik edir və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.





001002003
fondeduadpubir

VKkj