İyulun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının 2022-2023-cü tədris ilinin sonuncu genişləndirilmiş iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 28 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru dosent Rafiq Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını salamladıqdan sonra Elmi Şurada müzakirə olunacaq məsələlərlə - iclasın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada filialın direktoru dosent Rafiq Rasulov “Filialın 2022-2023-cü tədris ili üzrə illik hesabatı və yeni tədris ilində qarşıda duran vəzifələr”, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva “2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının və yekun dövlət attestasiyasının nəticələri”, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “2022-2023-cü tədris ilində filialda yerinə yetirilmiş elmi tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr” haqqında hesabatlarla çıxış ediblər.
Elmi Şurada həmçinin ADPU-nun Şəki filialının bölmə və struktur rəhbərlərinin illik hesabatları dinlənilib.
Elmi Şuranın gündəliyindəki məsələlər geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul edilib.

 





001002003
fondeduadpubir

VKkj