Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər. “Qorxu, yoxsa fobiya?” mövzusuna həsr olunmuş elmi seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Aytac Mirzəliyeva təqdimatında qorxunun səbəblərindən, fobiyaların növlərindən bəhs edib. Seminarda qorxunun aradan qaldırılması yolları haqqında məlumat verilib, mövzuya aid videoçarx nümayiş olunub. Seminarın sonunda tələbələr özlərinin qorxuları haqqında fikir mübadiləsi ediblər. Rəhbər Ramazanova Kəmalə maarifləndirici seminarın təşkilinə və maraqlı təqdimata görə təlimçiyə öz təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj