- Details
- Dərc edilib: 28 Noyabr 2023
- Oxunma sayı: 6725
27 noyabrda ADPU-nun Şəki filialının 20 tələbəsi və müəllimləri Şəki şəhər Məhkəmə kompleksində hazırda davam edən “Açıq Qapı” günlərində iştirak edib. Məhkəmə Kompleksində fəaliyyət göstərən Şəki Apellyasiya Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi və Şəki Rayon Məhkəməsinin hakimləri tərəfindən məlumatlandırma sessiyası keçirilib. Həmçinin tələbələr üçün müasir standartlara cavab verən Şəki Məhkəmə Kompleksi ilə tanışlıq gəzintisi də təşkil edilib.