9-10 yanvar 2024-cü il tarixlərində ADPU-nun Şəki filialında İbtidai sinif müəllimliyi ixtisasının təhsil proqramının akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlimi keçirilib. Təlim agentliyin Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən həyata keçirilib.Təlimdə filialın struktur rəhbərləri, eləcə də proqram akkreditasiyası üzrə Təşkilat komitəsinin üzvləri, kafedraların laborantları, İbtidai sinif müəllimliyi ixtisasında fənnləri tədris edən bəzi müəllimlər də olmaqla 30 nəfər iştirak edib. İki gün davam edən təlimdə proqram akkreditasiyası üzrə təsdiq olunmuş 12 meyar və hər meyara daxil edilən indikatorların əhatə dairəsi, proqram akkreditasiyası üçün sənədlərin hazırlanması qaydaları, cədvəllərin tərtibi, özünütəhlil hesabatının yazılması qaydaları haqqında ətraflı məlumat verilib. Təlimin sonunda təlimçi Şəlalə Mahmudova iştirakçıların müzakirəyə səbəb olan məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.9-10 yanvar 2024-cü il tarixlərində ADPU-nun Şəki filialında İbtidai sinif müəllimliyi ixtisasının təhsil proqramının akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlimi keçirilib. Təlim agentliyin Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən həyata keçirilib.Təlimdə filialın struktur rəhbərləri, eləcə də proqram akkreditasiyası üzrə Təşkilat komitəsinin üzvləri, kafedraların laborantları, İbtidai sinif müəllimliyi ixtisasında fənnləri tədris edən bəzi müəllimlər də olmaqla 30 nəfər iştirak edib. İki gün davam edən təlimdə proqram akkreditasiyası üzrə təsdiq olunmuş 12 meyar və hər meyara daxil edilən indikatorların əhatə dairəsi, proqram akkreditasiyası üçün sənədlərin hazırlanması qaydaları, cədvəllərin tərtibi, özünütəhlil hesabatının yazılması qaydaları haqqında ətraflı məlumat verilib. Təlimin sonunda təlimçi Şəlalə Mahmudova iştirakçıların müzakirəyə səbəb olan məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.





001002003
fondeduadpubir

VKkj