13 Dekabr 2023-cü il tarixində "Technest" təqaüd proqramı çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şəki şəhərində keçiriləcək "İT Əsasları" (help desk) təlim proqramına müraciət edən 70-dən çox müdavim arasından ilkin dəyərləndirmə, müsabiqə və müsahibə mərhələsindən keçən 10 namizəd təlim proqramında iştirak etmə hüququ qazandı. Namizədlər arasında ADPU-nun Şəki filialının tələbələri və məzunları da var. Onları təqdim edirik:
1. Rəhimə Rüstəmova İlham qızı - Riyaziyyat və informatika müəllimliyi ixtisası, məzun, filialımızın mütəxəssisi.
2. Dilbər Məmmədzadə Sabir qızı - Riyaziyyat və informatika müəllimliyi ixtisası, məzun.
3. Ceyran Məmmədova Teymur qızı - Riyaziyyat və informatika müəllimliyi ixtisası, V kurs tələbəsi.
4. Fəridə Qədirbəyova Sahib qızı - Riyaziyyat və informatika müəllimliyi ixtisası, V kurs tələbəsi.
5. Aysun Məmmədova Kamran qızı - Riyaziyyat və informatika müəllimliyi ixtisası, III kurs tələbəsi.
6. Billur Mahmudova Zaur qızı - Xarici dil müəllimliyi (ingilis dili üzrə), III kurs tələbəsi.
Təlim proqramında iştirak edəcək gənclərə uğurlar arzulayırıq.
Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə fəaliyyəti nəticəsində həyata keçirilir.
Qeyd edək ki, 6 ay müddətində davam edəcək proqramı uğurla başa vuran namizədlər həm AREA Akademiyası daxilində, həm də müxtəlif dövlət və özəl müəssisələrdə işlə təmin olunacaqdır.





001002003
fondeduadpubir

VKkj