- Details
- Dərc edilib: 16 İyul 2025
- Oxunma sayı: 84
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında inzibati, tədris-köməkçi heyətin fəaliyyətinin stimullaşdırılması məqsədilə ümumi bilik və bacarıqları əhatə edən qarışıq tipli suallar əısasında qiymətləndirmə imtahanı keçirilib. İmtahanın keçirilməsi üçün yaradılmış struktur rəhbərlərindən ibarət komissiya üzvləri hər biri prosesdə iştirak edib. İmtahan sualları azad ekspert tərəfindən hazırlanıb. Təqdim olunmuş 35 sualdan 31-i qapalı, 4-ü isə açıq sual olub. İmtahanın sonunda komissiya üzvlərinin hər birinin iştirakı ilə toplanılan vərəqlər kodlaşdırılıb və yerində yoxlanılıb. İmtahan nəticələrinin yoxlanılması üçün tərtib olunmuş meyarlara əsasən açıq sualların qiymətləndirilməsi 1-5 bal arasında, qapalı sualların isə hər biri 5 balla qiymətləndirilib. Nəticələrə əsasən yüksək nəticə göstərən əməkdaşların rəğbətləndirilməsi, nisbətən aşağı nəticə göstərəm əməkdaşların gələcəkdə təlimlərə cəlb olunması nəzərdə tutulub. Ümumi olaraq əməkdaşların imtahan nəticələri qənaətbəxş hesab oluna bilər.