- Details
- Dərc edilib: 07 Noyabr 2025
- Oxunma sayı: 831
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları Vətən müharibəsində şəhid olmuş Əhmədov Asif Vasif oğlunun ailəsini ziyarət ediblər. Şəhidin anası Mahirə Əhmədova əməkdaşlara Asif haqqında xatirələrini danışıb. Filial əməkdaşları Asifin və bütün Vətən yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin xalqımız üçün əziz olduğunu vurğulayıblar və şəhidin valideyninə Asif kimi vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkür ediblər.













