- Details
- Dərc edilib: 07 Noyabr 2025
- Oxunma sayı: 838
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında, Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr arasında “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub. Təqdim olunmuş rəsm işlərinə Təşkilat Komitəsi tərəfindən baxış keçirilib. Komissiya üzvlərinin yekdil qərarına əsasən, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Arzu Hümmətli, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Mehriban Zamanlı - I, “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Lalə Səmədli, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Nərmin Qədirova, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili tələbəsi Aysel Qasımova – II, “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Fidan Rzayeva, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Türkan Hüseynova, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Ayşən Aslanova – III, “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Aylin Qabulova, “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Fatimə Abbasova, Aytac Qurbanzadə, Həqiqət Yüsifova, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili tələbəsi Türkan İbrahimli, Nəzrin Sadıqova, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Şahzadə Zamanova, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının III tədris ili tələbəsi Nərmin Mirməmmədli – həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərin I, II, III dərəcəli diplomlarla təltif olunması nəzərdə tutulub.













