- Details
- Dərc edilib: 07 Noyabr 2025
- Oxunma sayı: 810
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında, Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr arasında “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş hekayə müsabiqəsinə yekun vurulub. Müsabiqəyə 20 nəfər tələbə hekayə yazısını təqdim edib. Təqdim olunmuş işlərə Təşkilat Komitəsi tərəfindən baxış keçirilib. Komissiya üzvlərinin yekdil qərarına əsasən, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi İlkin İmamov - I, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Zəhra Əhmədova, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Elvina Qurbanova - II, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Mehriban Zamanlı, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Nərmin Paşazadə, “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Pakizə Hacızadə - III, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Şahzadə Alıyeva, - həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərin I, II, III dərəcəli və həvəsləndirici diplomlarla təltif olunması nəzərdə tutulub.













