- Details
- Dərc edilib: 06 May 2025
- Oxunma sayı: 86
Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və 9 May -Qələbə Günü münasibətilə intellektual oyun keçirilib. Yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan 64 nəfər tələbədən ibarət 12 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışın nəticələrinə görə, “Everest” komandası birinci, “Atabəylər” komandası ikinci, “Qılınc və Qələm” komandası üçüncü yerə sahib olub. Qalib komandalar I, II, III dərəcəli diplomlarla təltif olunublar.