- Details
- Dərc edilib: 23 Sentyabr 2025
- Oxunma sayı: 1194
Sentyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Vurğun Məmmədov açaraq qeyd edib ki, ölkə başçısı, cənab Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Fərmanı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu, təsadüfi deyildir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu tam təmin edib.
Konfransda filialın Humanitar fənlər kafedrasının əməkdaşları - hüquq üzrə fəlsəfə doktoru, baş müəllim Natiq Salamov “Azərbaycan Respublikası Konstitusiyası və sosial siyasət”, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimli “Azərbaycanın dövlət suverenliyinin və Konstitusiya quruluşunun bərpası şərəf tariximizdir”, baş müəllim Tahir Məhərrəmov “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısıdır”, filialının hüquqşünası Elbrus Musayev “Azərbaycan Konstitusiyası ölkəmizdə hüquqi dövlət quruculuğunun təməlidir” mövzularında maraqlı məruzələrlə çıxışlar ediblər.
Konfrans filialın direktoru, dosent Vurğun Məmmədovun yekun nitqi ilə başa çatıb.