- Details
- Dərc edilib: 30 Oktyabr 2025
- Oxunma sayı: 32
Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki regional "ASAN xidmət" mərkəzinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib. Görüşdə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Şəki regional "ASAN xidmət" mərkəzinin baş mütəxəssisi, könüllülər üzrə məsul şəxs vəzifəsində çalışan Aylin Manaflı və filialın tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xuraman Həmidova könüllülük fəaliyətinin gənclərin gələcək karyera inkafında mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb. Qeyd edilib ki, könüllük fəaliyyəti gənclərin şəxsi inkişafı, təcrübə toplamaları, asudə vaxtlarını səmərəli keçirmələri baxımından əvəzolunmaz fəaliyyətdir. Sonra Aylin Manaflı təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Əsas müzakirə mövzusu ölkəmizdə getdikcə daha geniş miqyası əhatə edən könüllülük hərəkatı, qanunvericilik bazası, onun ictimai əhəmiyyəti olub. Tədbir diskussiya şəraitində davam etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
