- Details
- Dərc edilib: 06 May 2026
- Oxunma sayı: 13
Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.
Sessiyada filialın rəhbərliyi, müəllim və tələbə heyəti, eləcə də media nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Tespublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda tədbirin əhəmiyyəti, müasir şəhərsalma yanaşmaları və bu sahədə beynəlxalq əməkdaşlığın rolu diqqətə çatdırılıb.
Bildirilib ki, müasir şəhərsalma konsepsiyaları məşğulluğun artırılmasına, mobilliyin yaxşılaşdırılmasına və şəhər imkanlarına çıxışın genişlənməsinə mühüm təsir göstərir. Eyni zamanda şəhər infrastrukturunun inkişafı və tikinti layihələri yeni iş yerlərinin yaranmasına şərait yaradır.
Tədbirdə qeyd olunub ki, Bakıda keçiriləcək WUF13 sessiyası hər kəs üçün açıqdır və iştirakçılar forumda fəal iştirak etməyə dəvət olunublar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
