İMANOVA AYSEL BEYBALA QIZI
Riyaziyyat üzrə fəlsəfə doktoru ,baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1981-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1988-1999-cu illərdə Şəki şəhər 9 saylı orta məktəbdə ümumi orta təhsil almışdır. 2003-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakultəsinin bakalavr pilləsini, 2005-ci ildə isə BDU-nun Mexanika-riyaziyyat fakultəsinin “Riyazi analiz” ixtisası üzrə maqistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2011-ci illərdə BDU-da dissertantura hazırlığını keçmişdir. 2018-ci ildə riyaziyyat üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün “Orta ossilyasiya terminlərində Koşi tipli inteqralın sərhəd qiymətlərinin tətqiqi ” mövzusunda dissertasiya işini müdafiyə etmişdir.
Hazırda ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 2003-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakultəsinin bakalavr pilləsini, 2005-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakultəsinin maqistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

ƏMƏK FƏALİYYƏTİ
2005ci ildən hal-hazıradək ADPU- nun Şəki filialının (2000-2015 –ci illərdə filial AMİ-nin struktur vahidi kimi fəaliyyət göstərmişdir) Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasında müəllim, baş müəllim.

TƏDRİS ETDİYİ FƏNLƏR
Riyazi analiz-1,2,3,4, Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, S/f Variasiya hesabı və optimallaşdırma üsulları, Hesablama riyaziyyatı.

TƏDQİQAT SAHƏSİ
Funksiyalar nəzəriyyəsi və funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsi.

1.“О предельных значениях сопряженного интеграла Пуассона существенно ограниченной функции.”//AMEA-nın müxbir üzvü, prof. İ.T. Məmmədovun anadan olmasının 50-illiyinə həsr olunmuş riyaziyyat və mexanika üzrə Beynalxalq konfransın tezisləri, Bakı, 20052.“Оператор в пространствах, определяемых условиями на среднюю осцилляцию функций.” //Əməkdar elm xadimi, professor Əmir Şamil oğlu Həbibzadənin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Funksional analiz və onun tətbiqləri” adlı respublika elmi konfransı, Bakı, 20163.“О некоторых пространствах, связанных с локальными свойствами функций. //”AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məcid Lətif oğlu Rəsulovun 100 illik yubileyinə həsr olunmuş “Nəzəri və tətbiqi riyaziyyatın aktuall məsələləri” adlı respublika elmi konfransı, Şəki, 2016

ELMI-METODIKI ƏSƏRLƏRI
1.“ Some estimates for boundary values of Poisson's conjugate integral”, Xəzər- Riyaziyyat, Xəzər universiteti, Bakı, 2006, N2
2.“Some boundary properties of Cauchy type integral in terms of mean oscillation“ // WSEAS Transactions on Mathematics”, 2012, N2
3.“Angular boundary values of Poisson integral in terms of mean oscillation” //Riyaziyyat və Mexanika institunun əsərləri, AMEA, Bakı, 2012
4.О пространствах и , Pedaqoji Universitet Xəbərləri, ADPU, 2016, т.64, №1
5.Преобразования Гильберта в пространствах, определяемых условиями на среднюю осцилляцию функций, Pedaqoji Universitet Xəbərləri, Bakı, ADPU, 2017, т.65, №1
6.“Riyaziyyat;n kurikulum modeli əsasında tədrisi prosesində inteqrasiyanın təmin olunması”, Fizika, riyaziyyat və informatika tədrisi, ADPU, 2020, №1.
7.”Fəndaxili inteqrasiyanın yaradılmasının müxtəlif aspektləri” Azərbaycan Respublikasının Təhsil İnstitutu, 2020, c.87,№1.

DƏRS VƏ METODIK VƏSAİTLƏRİ
“Funksiyalar” alt məzmun xətti üzrə standartların reallaşdırılma texnologiyası. Dərs vəsaiti. Bakı, ADPU, 2021.