Müharibə! Bu sözü eşidən, duyan hər bir humanist insanın damarlarında qan donur, dəhşətə gəlir. Çünki müharibə özü ilə ölüm qan, aclıq, epidemiyalar... daha nələr gətirir.
İnsanlıq yaranandan bəri bəşər tarixində minə yaxın müharibə olub. Hamısı da dəhşətli, ölüm saçan. Ancaq bu müharibələrdən ikisi – I və II dünya müharibələri daha böyük miqyaslı və daha fəlakətli olub. I-də 38, II-də 61 dövlət iştirak edib, I-də 10 milyon, II-də 50 milyondan çox insan həlak olub. Hələ şikəst olan, qalan ömrünü əzab-əziyyətli yaşayanları demirəm.
Bizim indiki nəsillər ötən əsrin 40-cı illərinin əvvəllərindəki müharibəni görməmişlər. Böyüklərimiz deyirdilər ki, Allah sizə müharibə göstərməsin. Ancaq gördük - özü də düz 2 dəfə. Ona bizi mənfur qonşularımız, vətəni olmayan, ordan-burdan torpaq dilənib sonradan-sonraya dövlət yaradan, hansı ölkədə yaşasalar, orada torpaq iddiası qaldıran ermənilər gətirdilər.
Onlar iddia ilə torpaqlarımızın 20%-ni işğal etdilər, qondarma dövlət yaratmaq istədilər. Dənizdən-dənizə “Böyük Ermənistan dövləti” xülyasına düşdülər.
Qəhrəman Azərbaycan xalqı bütün bunlara etiraz etdi, səsini ucaltdı, silaha sarıldı, lakın müsbət nəticə əldə edilmədi. Nə BMT-nın qərarlarına baxan oldu, nə də ATƏT-in “fəaliyyəti” səmərə verdi...
Yalnız Ümummilli Lidermiz Heydər Əliyev hakimiyyətə gələndən sonra səmərəli fəaliyyət göstərdi, atəşkəs rejiminə nail oldu.
Ancaq vəhşi erməni faşistləri sülh təşəbbüslərinə, atəşkəs rejiminə məhəl qoymadı, 30 ilə yaxın bir müddət ərzində torpaqlarımızı işğal altında saxladı, sərvətlərimizi talan etdi, meşələrimizi qırdı, yandırdı, sularımızı zəhərlədilər. Vəhşidən bundan artıq nə gözləmək olar ki?
Atalar sözü var, “Hər qaranlıq gecənin bir işiqlı sabahı var!” Bəli, müdriklərimiz səhv etməmişlər.
O işıqlı sabah nəhayət gəldi. Danışıqlara gəlməyən, sülh istəməyən erməni faşistlərinin başına güclü yurmuq vurmağı bacaran, erməni həyasızlıqlarından səbri tükənən xalq oğlu, qorxmaz, cəsarətli rəhbər, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün müharibə yolunu seçdi, qan tökmək istəməyə-istəməyə. Axı dövlətimiz sülhsevər dövlətdir. Ancaq başqa çixiş yolumuz yox idi.
“27 sentyabr - 8 noyabr tarixlərində - 44 gün davam edən qalibiyyətli, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış, zəfər dolu bu müharibə Azərbaycanımıza qürur, fərəh, sevinc gətirdi. Bəli, bu bir həqiqətdir.
Müzəffər Ali Baş Komandan bu qələbə yürüşünə büyük səriştə, bacarıq, taktiki yeniliklər tətbiq etməklə, həm ön cəbhəyə, həm arxa cəbhəyə diqqət, qayğı, humanizmlə rəhbərlik etdi. Xalqımız öz sevimli oğlunun - rəhbərinin ətrafında bir yumruq kimi birləşdi, ona inandı, güvəndi. Təkcə azərbaycanlılar yox, ölkəmizi özünə vətən seçən digər millətlər, xalqlar, etnik qruplar, azsaylı xalqlar da bu müharibədə azərbaycanlılarla bir oldular, onlar da hər iki cəbhədə qanları, canları ilə ürəkdən iştirak etdilər. Bütün bunlar və əlbəttə ki, müzəffər ordumuzun igid əsgər və zabitlərinin qəhrəmanlığı parlaq qəlbəmizin rəhni oldu. Çoxlu şəhid verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycan xalqı qəhrəman xalqdır. Əsrlər boyu talanlara, işğallara məruz qalsa da, öz dinini, dilini, milli-mənəvi dəyərlərini qoruyub indiki nəsillərə çatdırıb, həmişə ölkəmizdə yaşayan xalq, millət, milli azlıq, etnik qruplara humanistcvəsinə, məhəbbətlə hörmətlə yanaşılıb, dövlətimiz onlara qayğı və diqqət göstərib. Azərbaycan multikultural, tolerant dövlətdir. Cənab preszdentimiz İlham Əliyevin xüsusi fərmanı ilə 2016-ci il Azərbaycanda multikulturalizm ili elan edilmişdir.
Qürur hissi duyduğumuz o qədər cəhətlərimiz var ki, sayıb qurtarmaq olmur. Bir daha müharibə günlərinə qayıdaq. Dünyanın müxtəlif ölkələrinin qəzet, jurnal və telekanallarının jurnalistlərinə həmin ağır günlərdə cənab prezdentimiz müsahibələr verdi. Özü də necə - hərəsi ilə onların öz dilində - rus, türk, ingilis və s. dillərdə təmkinli, səbrli, hörmətlə, yerli-yerində, düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, faktlara, dəlillərə istinad edən cavablarla. Onların bəziləri çaşdırıcı, fitnə-fəsadlarla dolu suallarla müraciət etdilər və pərt oldular. Nə qədər qürur duyulan cəhətdir. Noyabrın 8-də Şuşa - qəhrəmanlıq, mədəniyyət, incəsənət şəhəri alındı xain düşmənin əlindən. Bu şad xəbəri xalqa çatdıran cənab prezdentimizin səsindəki kövrəkliyi, hədsiz sevinci, qüruru hiss etməmək olardımı? Əlbəttə, yox!
Bəli, dövlətimiz, xalqımız, mədəniyyətimiz qədimdir. Ölkəmizdə sabitlik, vətəndaş həmrəyliyi mövcuddur. Dövlətimiz, ordumuz güclüdür. Milli problemimiz yoxdur. Bir problemimiz vardı, o da həll edildi. İnkişaf edirik, irəliyə gedirik. Gələcəyə, sabaha böyük ümidimiz, dövlət başçımıza inamımız vardır.
Ən başlıcası isə - Qarabağ Azərbaycandır!
Yaşasın qədim Azərbaycan!
Qəhrəman xaqlqımıza, onun əziz Prezdenti, Ali Baş Komandanı İlham Əliyevə eşq olsun!

Tahir Məhərrəmov
ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi





001002003
fondeduadpubir

VKkj