Martın 18-də ADPU-nun Şəki filialında “Vətən müharibəsində qazandığımız zəfərin tarixi əhəmiyyəti” adlı elmi-praktik konfrans keçirilib. Zoom proqramı ilə onlayn keçirilən konfransda millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Məsimli, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov açaraq, Vətən müharibəsində böyük qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Sonra millət vəkili Əli Məsimlinin “Vətən müharibəsində qazandığımız zəfərin ölkəmizin gələcək sosial-iqtisadi inkişafına təsirləri (böyük qayıdış və bərpa dönəmi)” adlı məruzəsi dinlənilib. Daha sonra filialın Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Firədun İbrahimov “İlham Əliyev siyasi iradəsi, liderlik bacarığı, intellektual hazırlığı ilə Azərbaycan xalqının sevgisini qazanan dövlət xadimi və sərkərdədir”, filialın tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Abdullayeva “Böyük qələbə, böyük qayıdış – söz və əməlin vəhdəti”, filialın elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev “Vətən müharibəsində tarixi zəfər Prezident İlham Əliyevin mətin siyasi iradəsinin və diplomatik məharətinin uğurlu yekunudur” mövzularında çıxış ediblər.
Konfrans direktor, dos. Rafiq Rasulovun yekun nitqi ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj