Aprelin 6-da Şəki şəhərində gənclər arasında “Sağlam həyat" layihəsi çərçivəsində keçirilən idman yarışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İdman Oyunları Birliyi (İOB) da öz komandası ilə iştirak edib. Filialın tələbələri bir sıra idman növləri üzrə yarışda yüksək nəticə göstəriblər. Yerindən uzunluğuna tullanma üzrə yarışda Zəhra Süleymanlı 3-cü, turnikdə dartınma üzrə yarışda Əflatun Göyçəyev 1-ci, Ayxan Vəlyəddinov 3-cü, 100 metrlik məsafəyə qaçış üzrə yarışda isə Ülvi Bədirbəyli 1-ci yerə layiq görülüblər.
Qaliblər diplomlarla təltif olunublar.





001002003
fondeduadpubir

VKkj