Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib. "ƏLLİ1000" proqramı çərçivəsində keçirilən "Şərəf yolu" adlı intellektual yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət 15 komanda iştirak edib. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş suallardan ibarət yarış üç mərhələdə təşkil edilib. Yarısın nəticələrinə əsasən, “Metamorfoz" komandası 1-ci, "Elysium" komandası 2-ci, "Xarıbülbül" komandası isə 3-cü yerə layiq görülüb.
Yarışda qalib gəlmiş komandalar l, ll, lll dərəcəli diplomlarla təltif olunublar.





001002003
fondeduadpubir

VKkj