ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Boşanmadan əvvəl və sonra uşaqlarla psixoloji işin aparılması” mövzusuna həsr olunmuş elmi seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Nərmin Ramazanova təqdimat edib və təqdimatında boşanmanın səbəbləri, onun uşaqlara, yeniyetmələrə göstərdiyi psixoloji təsirdən bəhs edib. Boşanmanın uşaqlarda yaratdığı psixoloji fəsadlar məsələsinə toxunan tələbə eyni zamanda, boşanmadan sonrakı müddətdə valideyn - uşaq münasibətlərində diqqət yetirilməli məqamlara da aydınlıq gətirib. Boşanmış ailədə yaşayan uşaqların hansı psixoloji halları keçirdikləri ilə bağlı paylaşdıqları praktik məlumatlar da seminarda öz əksini tapıb. Təqdimatdan sonra tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Seminarın sonunda birliyin rəhbəri Kəmalə Ramazanova dövrün aktual mövzusuna həsr olunmuş seminarın təşkilinə görə təlimçiyə öz təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj