ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə psixoolji debat günü təşkil olunub. “Psixi inkişafa təsir edən təbii və sosial amillər” mövzusunda təşkil edilən debatda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasınnı II və III tədris ili tələbələri çıxış ediblər. Mövzuya dair elmi ədəbiyyatlar və psixoloji nəzəriyyələr müzakirə edilib, psixoloji faktlar irəli sürülüb. Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva debatın xüsusi qonağı olub. Sonda GPB rəhbəri Kəmalə Ramazanova və Səadət Feyzullayeva dolğun araşdırmalara, maraqlı müzakirə təşkil etdiklərinə görə tələbələrə öz təşəkkürlərini bildirib, bu tip müzakirələrin davamlı olmasını diləyiblər.





001002003
fondeduadpubir

VKkj