Aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövru” adlı elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, professor-müəllim və işçi heyəti, tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov açaraq, ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə ADPU-nun Şəki filialında silsilə tədbirlərin davam etdiyini və hazırkı konfransın da bu tədbirlərin davamı olduğunu bildirib. Dos. Rafiq Rasulov ulu öndər Heydər Əliyevin böyük tarixi şəxsiyyət kimi zəngin nəzəri irsinin xalqımız üçün çox qiymətli bir sərvət olduğunu vurğulayıb və müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi sükutla yad edilib.
Konfransda Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif məqamlarından bəhs edən videoçarx nümayiş olunduqdan sonra filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimovun “Ümummilli lider Heydər Əliyevin Respublikanın müstəqilliyi üçün zəmin yaradılmasında, suveren dövlət kimi formalaşmasında və inkişafında xidmətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ulu öndərin müstəqil Azərbaycan dövlətinin formalaşması yolunda həyata keçirdiyi çoxistiqamətli fəaliyyəti haqqında iştirakçılara geniş və əhatəli məlumat verilib.
Sonra filialın elmi işlər üzrə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevin “Azərbaycanın elmi potensialının formalaşmasında Heydər Əliyevin tarixi xidmətləri”, Filologiya fakültəsinin dekanı fililogiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovanın “Heydər Əliyevin irsi gənc nəslin təlim və tərbiyəsinin konseptual mənbəyi kimi”, Ümumelmi fənlər kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sədrəddin Bədiyevin “Heydər Əliyevin fəaliyyətində milli təhsil və milli kadr hazırlığı məsələləri”, Humanitar fənlər kafedrasının baş müəllimi İlahə Süleymanovanın “Heydər Əliyev fenomeni Azərbaycanın ədəbi-mədəni həyatında” mövzusunda çıxışları dinlənilib.
Konfrans filialın direktoru dos.Rafiq Rasulovun yekun nitqi ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj