Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş "İnsanlara hürriyyət, millətlərə istiqlal" adlı intellektual yarış keçirilib. Azərbaycanın şanlı tarixinə həsr olunmuş yarışda ADPU-nun Şəki filialının müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət 18 komanda iştirak edib. Yarışın nəticələrinə əsasən, "Turançılar" komandası 1-ci, "Əbədi gənclik" komandası 2-ci, "Edelveys" komandası isə 3-cü yerə layiq görülüb. Yarışın sonunda qalib gəlmiş komandaların üzvlərinə diplomlar təqdim olunub.





001002003
fondeduadpubir

VKkj