Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 27 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru dosent Rafiq Rasulov əvvəlcə ADPU-nun Elmi Şurasının may ayında keçirilən iclasında tədrisin gedişi, yaz semestrinin imtahan sessiyasının və yekun dövlət attestasiyasının təşkili və başa çatdırılması ilə bağlı məsələnin müzakirə edildiyini vurğulayıb və qarşıya qoyulmuş vəzifələri Elmi Şura üzvlərinin və filial əməkdaşlarının diqqətinə çatdırıb, sonra isə Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada üç məsələ müzakirə edilib. “2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına və yekun dövlət attestasiyasına hazırlığın vəziyyəti haqqında” adlı birinci məsələ ilə bağlı filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva geniş hesabatla çıxış edib. Dos.Gülarə Abdullayeva həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda tədris sənədlərinin vaxtında və düzgün doldurulması, imtahanların gedişində iştirak, məsləhət saatlarının keçirilməsi ilə və digər məsələlərlə bağlı məsul şəxslərə ciddi tapşırıqlar verilib. Müzakirə olunan məsələ ilə bağlı prof. Firədun İbərahimov, dos. Nuralı Çələbiyev, dos. Sədrəddin Bədiyev, dos. Ulduz Mürşüdova, b/m. Vüsal Baxışov, b/m. Səadət Feyzullayeva çıxış edərək münasibət bildiriblər.
Filialda keçirilən XVI tələbə elmi konfransının yekunları haqqında Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayeva məlumat verərək, konfransın nəticələrini Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
Elmi Şurada gündəlikdə duran “Filialda IV-V tədris ili tələbələrinin pedaqoji təcrübələrinin yekunları haqqında” məsələsi haqqında filialın pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova hesabatla çıxış edib, pedaqoji təcrübənin nəticələrini diqqətə çatdıraraq, bu sahədə olan uğur və çatışmazlıqları vurğulayıb.
Elmi Şuranın iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.





001002003
fondeduadpubir

VKkj