Oktyabrın 5- də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Pedaqoji fakültənin l tədris ili tələbələri ilə görüş keçirilib. Görüsdə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayeva, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Aysun Kərimli, tütorlar, TGT fəalları və tələbələr iştirak ediblər.
Ğörüşü giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, görüşün məqsədi haqqında məlumat verib və filiala yeni qəbul olunmuş gənclərin gələcək karyeralarının qurulmasında mərkəzin rolundan danışıb. Görüşdə TEC-in sədri baş müəllim Səadət Feyzullayeva rəhbəri olduğu cəmiyyətin öz ətrafında filialın elmi tədqiqatçılıq bacarığı olan tələbələrini birləşdirdiyini vurğulayıb və filial tələbələrinin ötən illər ərzində bu sahədə qazandığı uğurlardan bəhs edərək, elmi araşdırmaya marağı olan gəncləri fəal olmağa çağırıb. Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova l tədris ili tələbələrinə tezliklə keçiriləcək “Statistik olimpiada” haqqında məlumat verib və olimpiadada əhatə olunacaq mövzulardan bəhs edib. TGT-nin sədri lV tədris ili tələbəsi Aysun Kərimli təşkilatın fəaliyyəti, departamentlər haqqında danışıb və l tədris ili tələbələrini təşkilata qoşulmağa və filialın ictimai həyatında fəal olmağa çağırıb.
Görüşdə filiala yeni qəbul olunmuş tələbələri maraqlandıran suallar cavablandırılıb.
Oktyabrın 6-da həmin heyət Filologiya fakültəsinin l tədris ili tələbələri ilə görüş keçirərək, maarifləndirmə işlərini davam etdirib.





001002003
fondeduadpubir

VKkj