Bu gün  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Polisə Dəstək” İctimai Birliyinin (PDİB) təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər” layihəsi çərçivəsində təlim keçirilib. Tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları, ADPU-nun Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın direktoru r.ü.e.d., dos. Rafiq Rasulov açaraq, insan alverinin ən ağır cinayət olduğunu qeyd edib və gənclərə ayıq-sayıq olmağı, bu cür hallarda hüquq mühafizə orqanlarına məlumat verməyi, özlərini və yaxınlarını qorumağı məsləhət görüb. Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, PDİB-in sədri Şəmsəddin Əliyev insan alveri cinayətlərinin anlayışı, şərhi, insan alveri cinayətlərini doğuran səbəb və şərait, statistika, problemin aradan qaldırılması yolları ilə bağlı geniş məruzə ilə çıxış edib. Hüquqşünas Aydın Kərimov iştirakçılara insan alverinə qarşı mübarizə ilə bağlı dövlət strategiyası və qanunvericilik bazası, risklərin azaldılması, hüquq mühafizə orqanları ilə əlaqə və əməkdaşlıq haqda danışıb. Şəki Rayon Polis şöbəsinin əməkdaşı mayor Anar Xalıqov iştirakçılara insan alveri ilə bağlı ictimaiyyətin polislə əməkdaşlığı formaları haqda məlumat verib. Məruzələr dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj