- Details
- Dərc edilib: 21 Noyabr 2023
- Oxunma sayı: 7707
2023-cü ilin may ayının 20-də Şəki şəhərində ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedralarının birgə təşkil etdikləri - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və görkəmli ədəbiyyatşünas Salman Mümtazın doğum gününə həsr olunmuş elmi konfransın materialları nəşr edilmişdir. “Azərbaycan tarixinin izilə” adlı topluda konfransın bütün bölmələri üzrə təqdim edilmiş məruzələr təqdim edilir.