- Details
- Dərc edilib: 22 Noyabr 2023
- Oxunma sayı: 7462
11-15 noyabr vətənimizin paytaxtı Bakı şəhərində 15 xarici ölkənin iştirakı ilə BOOK FAİRE – beynəlxalq kitab sərgisi keçrilmişdir. Bu sərgidə həm də “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” (Fondun prezidenti azərbaycanlı Nüsrət Məmmədovdur) tərəfindən müxtəlif dillərə tərcümə olunmuş kitablar da nümayiş etdirilmişdir.
Çox sevindirici haldır ki, bu beynəlxalq sərgidə ADPU Şəki filialının baş müəllimi, həmyerlimiz Vaqif Aslanın fond tərəfindən Türkiyə türkcəsində (çevirəni Gulzira Şaripova) çap edilən “Ruhlarla söhbət” poeması, o cümlədən, üç dildə - Azərbaycan, Türkiyə və Özbəkistan türkcələrində çap edilən “Şuşadakı duyğular” kitabı sərgiyə baş çəkən tamaşaçıların marağına səbəb olmuş və sonuncu nüsxəsinə qədər satılıb qurtarmışdır.
Sərgidən bir epizod
Daha bir şad xəbər ondan ibarətdir ki, ADPU Şəki filialının baş müəllimi Vaqif Aslanın şeirləri ele bu il çox nüfuzlu Avstriya Portalında beynəlxalq səviyyədə yayınlanmışdır.Onları təqdim edirik.
https://aztc.gov.az/az/posts/id:1473
Vaqif Aslanın şeirlərini alman dilinə tanınmış alman filoloqu və şairi Andreas Kriber və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Məryəm Səmədova tərcümə etmişlər.