Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Elmi Şura üzvləri və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dos. Rafiq Rasulov iclasıın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada gündəlikdə duran üç məsələ müzakirə edilib. “Filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında ixtisas fənləri üzrə tədris prosesinin təşkili və gedişi vəziyyəti” adlı birinci məsələ haqqında filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva geniş məlumat verib, mövcud problemlər və onların həlli yolları ilə bağlı təkliflərini bildirib. Məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Elmi Şuranın gündəliyində duran “Filialda tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və XVI tələbə elmi konfransına hazırlığın vəziyyəti haqqında” məsələsi ilə bağlı filialın elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyev məlumat verib. Qeyd olunub ki, filialda keçiriləcək XVI tələbə elmi konfransı ölkəmizdə əlamətdar günə - ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən konfransa ciddi hazırlıq işləri görülür. Dos. Nuralı Çələbiyev hesabatında tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsinin miqyasının keçən illə müqayisədə diqqətəlayiq dərəcədə artdığını vurğulayıb.
İclasda üçüncü məsələ - filialın “Tarix”, “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında filialın Pedaqoji fakültəsinin dekanı, fil.ü.f.d., b.m. Xalidə Abdullayeva hesabatla çıxış edib.
Sonda cari məsələlər müzakirə olunub. Flialın ayrı-ayrı kafedralarının əməkdaşlarının tərtib etdikləri fənn proqramları və dərs vəsaiti müzakirə edilib, müzakirə və təsdiq üçün ADPU-nun Tədris-Metodik Şurasına göndərilməsinə dair qərar qəbul olunub.
Elmi Şuranın iclası işgüzar şəraitdə başa çatıb, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.





001002003
fondeduadpubir

VKkj